"İki həftə ərzində Ukraynanı tərk edən insanların sayı 2,5 milyona çatıb. Bu vəziyyətə düşmüş insanlara humanitar yardımın göstərilməsi ümdə məsələdir".
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Azərbaycan da bu istiqamətdə fəal iş aparır:
"26-27 fevral tarixlərində dərman preparatları, tibbi ləvazimatlarla yüklənmiş karqo təyyarələri Polşa üzərindən Ukraynaya göndərilib. Bu gün və sabah da Bakıdan növbəti 3 təyyarə göndəriləcək".