"Uzun fasilədən sonra bu görüş çox önəmli bir addım oldu. Xüsusi bir dönəmdə, müharibə gedən zamanda belə bir görüşün təşkil edilməsi ilk növbədə Türkiyənin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir".
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşünə münasibət bildirərkən deyib.
"Digər tərəfdən, qarşıdurmada olan ölkələrin Türkiyəyə olan inam və etibarının nümunəsidir. Ümumilikdə, mən bunu Türkiyə diplomatiyasının uğuru kimi qiymətləndirərdim", - Azərbaycan XİN rəhbəri bildirib.