“Sülhməramlıların müvəqqəti olduğu Azərbaycan ərazisində Ermənistan hərbçiləri tərəfindən törədilən təxribatların əsas səbəbi birmənalı şəkildə üçtərəfli Bəyanatın şərtlərinin Ermənistan tərəfindən pozulmasıdır".
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir xatırladıb ki, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlı qüvvələrinin orada yerləşdirilməsi ilə paralel olaraq Ermənistan hərbçiləri həmin ərazidən tam çıxarılmalı idi:
"Biz görürük ki, onlar tam çıxarılmayıb. Əlavə olaraq bizim hərbçilərimiz vaxtaşırı erməni hərbçilər tərəfindən bəlli mühəndis-istehkam işlərinin aparılmasını müşahidə edirlər. Yəni, onlar öz mövqelərini yaxşılaşdırmaq istəyirlər. Təbii, hər kəs başa düşür ki, Azərbaycan ərazisində bunu etmək qəbuledilməzdir və bu barədə onlara dəfələrlə xəbərdarlıq olunub. Buna cavab olaraq onlar tərəfindən təxribatlar törədilir. Belə olan təqdirdə Azərbaycan Silahlı Qüvvələri buna adekvat cavab verirlər və verəcəklər”.