Fevralda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 416 milyon 884,7 min manat olub.
Komitədən "Unikal"a verilən məlumata görə, ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 101 milyon 509 min manat, əlavə dəyər vergisi üzrə 301 milyon 93 min manat, aksizlər üzrə 9 milyon 546 min manat, yol vergisi üzrə isə 4 milyon 734 min manat təşkil edib.