Yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 820 milyon 837 min manat olub.
Komitədən "Unikal"a verilən məlumata görə, iki ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 195 milyon 712 min manat, əlavə dəyər vergisi üzrə 598 milyon 807 min manat, aksizlər üzrə 17 milyon 930 min manat, yol vergisi üzrə isə 8 milyon 386 min manat təşkil edib.