Moskva meri Sergey Sobyanin martın 15-dən etibarən 2020-ci ilin yazından bəri qüvvədə olan anti-COVID məhdudiyyətlərini ləğv edən fərman imzalayıb.
"Unikal" xəbər verir ki, şəhərdə qapalı məkanlarda maska taxmaq, müəssisə və təşkilatlarda çalışan işçilərin hərarətini ölçmək, iş yerlərində ayırıcı arakəsmələrin quraşdırılması məcburiliyi aradan qaldırılıb.
O vurğulayıb ki, indiki şəraitdə bu qərar ciddi sanksiya təzyiqi altında olan biznes sahələrinə də dəstək olacaq.
Qeyd edək ki, Ruisyanın bölgələrində də koronavirus məhdudiyyətləri mərhələli şəkildə qaldırılır.