Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı Beynəlxalq Haaqa Məhkəməsi martın 16-da Ukraynanın bu ölkəyə qarşı iddiası ilə bağlı qərar verəcək.
"Unikal" “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məhkəmənin açıqlamasında deyilir.“16 mart 2022-ci ildə BMT-nin əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Soyqırımın Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasına uyğun olaraq soyqırım iddiaları ilə bağlı iş üzrə müvəqqəti tədbirlər görülməsi tələbi ilə bağlı qərar verəcək”, - deyə məhkəmənin açıqlamasında vurğulanır.