Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt Kiyevdədir.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Kirill Timoşenko "Rasşd" telekanalının efirində bildirib.
"Mən də Prezident kimi, Prezident Ofisinin rəhbəri kimi "Bankova"dayam. Deyə bilərik ki, gecə-gündüz işləyirik və Bankovada (Zelenskinin Ofisinin yerləşdiyi küçədə - red.) oluruq. Biz videoları küçədə çəkirik ki, insan yalan xəbərlərə inanmasınlar”, - Timoşenko telekanala müsahibəsində deyib.