Meksikanın sərhədindəki Nuevo Laredo şəhərində dəstə başçısının həbsindən sonra ABŞ konsulluğuna silahlı hücum olub.
"Unikal" xəbər verir ki, Meksika hökuməti "El Huevo" ləqəbi ilə tanınan Xuan Gerardo Trevinonun həbsindən sonra şəhərdə qarşıdurmaların başladığını açıqlayıb.
Qarşıdurma zamanı ABŞ konsulluğunu silahlı insidentə məruz qalıb. ABŞ konsulluğu öz vətəndaşlarını təhlükəsiz yerlərdə qalmağa çağırıb.
Meksika hökumətinin bəyanatında Trevinonun narkotik ticarəti, çirkli pulların yuyulması, qətl, terror, qəsb və dəstə cinayətlərində ittiham edildiyi bildirilib.
Trevinonun həm Meksika, həm də ABŞ vətəndaşı olduğu açıqlanıb.