Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası başlayıb.
"Unikal" xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələ daxil edilib.
Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsidir.
Artıq Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb. Hesabatı Baş nazir Əli Əsədov təqdim edir.
İclasda hökumət üzvləri də iştirak edirlər.
Anar Kəlbiyev