Ukraynanın 20 xalq deputatı hazırda xaricdədir. Onlar bu çətin zamanda Ukraynanı tərk ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Ali Rada sədrinin birinci müavini Aleksandr Kornienko milli telemarafonun efirində bildirib.
"20 xalq deputatı Ukraynada yoxdur. Bunlar əvvəllər öz qeyri-vətənpərvər hisslərini nümayiş etdirmiş deputatlardır", - deyə o, bildirib.
Kornienko efirdə deputatların adlarını çəkməkdən imtina edib. Eyni zamanda o, əmin edib ki, onların hər biri ilə bağlı Ukrayna Təhlükəsizlik Xidməti məlumatlandırılıb.
Bundan əlavə, Ali Rada sədrinin birinci müavini bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski artıq birgə fəaliyyətə görə cinayət məsuliyyətini nəzərdə tutan qanunvericilik aktını imzalayıb. Sənəd tezliklə qüvvəyə minəcək.
Kornienkonun sözlərinə görə, müharibə zamanı kollaborasiya nümayiş etdirən bütün deputatlar məsuliyyətə cəlb olunacaqlar.
Gülayə Mecid