"Barselona"nın zədələnən hücumçusu Robert Levandovski La Liqanın ilk 3 turunun oyunlarını buraxacaq.

"Unikal" xəbər verir ki, bu barədə AS məlumat yayıb. 

Qeyd edək ki, "Barselona"nın 36 yaşlı forvardı sol ayağından zədə almışdı. Onun yaşıl meydanlara sentyabrın ortalarında qayıdacağı gözlənilir.

Xatırladaq ki, ötən mövsüm Levandovski La Liqada 34 oyun keçirib, 27 qol vurub və 2 məhsuldar ötürmə edib.