“Sabah” ABŞ-dən olan basketbolçu ilə heyətini gücləndirib.
"Unikal" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hücumçu Justin Tillmanla müqavilə imzalanıb. O, qarşıdakı iki mövsümdə komandanın formasını geyinəcək.
Qeyd edək ki, təcrübəli basketbolçu karyerası ərzində Yunanıstan, Fransa, İtaliya və İsrail liqalarında çıxış edib.