Ukrayna Baş Qərargahı fevralın 24-dən martın 15-dək Rusiya ordusunun itkiləri ilə bağlı məlumatları paylaşıb.
"Unikal" xəbər verir ki, Ukrayna Baş Qərargahı Ukraynaya hücum edən Rusiya ordusunun 13500-dən çox əsgərini itirdiyini açıqlayıb.
"Müvafiq olaraq, Ukraynaya hücum edən Rusiya ordusunun 13500-dən çox əsgəri öldürülüb, 81 Rusiya təyyarəsi, 95 helikopteri, 404 tankı, 1279 zirehli texnikası, 150 artilleriya qurğusu, 64 reaktiv yaylım atəşi sistemi və 36 hava hücumundan müdafiə sistemi məhv edilib. Rusiya qüvvələri həmçinin 640 maşın, 3 yüngül sürətli qayıq, 60 yanacaq daşıyan maşın və 9 PUA-nı itirib.", - deyə açıqlamada qeyd olunub.