Martın 15-i səhər saatlarına olan məlumata görə, rus qoşunları 97 ukraynalı uşağı öldürüb, 100-dən çoxunu yaralayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.
"Ən çox əziyyət çəkən uşaqlar Kiyev, Xarkov, Donetsk, Çerniqov, Sumı, Xerson, Nikolayev və Jitomir vilayətlərindədir. Hər gün ən azı 5 uşaq atəş altında ölür. Partlayışlar və mərmilər 400-dən çox təhsil müəssisəsinə ziyan vurub, onlardan 59-u tamamilə məhv edilib. Ən çox dağıntılar Donetskdə - 119, Xarkovda - 50, Nikolayevdə - 30, Sumıda - 28, Kiyevdə - 35, Xersonda - 21 və Kiyevdə - 24 olub", - deyə məlumatda qeyd olunub.