Dünya Bankı Ukraynada sosial xidmətlərə dəstək üçün 200 milyon dollara yaxın əlavə və yenidən proqramlaşdırılmış maliyyə ayırdığını elan edib.
"Unikal" xəbər verir ki, bu barədə bankın saytında məlumat verilib.
Bu maliyyə daha əvvəl Dünya Bankı Qrupunun Ukraynaya elan etdiyi 3 milyard dollarlıq dəstək paketinin bir hissəsidir. Ukrayna bu vəsaiti yaxın aylarda almalıdır.
Dünya Bankının Ukrayna üçün səfərbər etdiyi ümumi məbləğ hazırda 925 milyon dollardan çoxdur.