Somalinin Qedo bölgəsində yola döşənmiş mina partlayıb.  

"Unikal" xəbər verir ki, hərbi birləşmələri daşıyan avtomobil yoldan keçərkən minaya düşüb. Hadisə nəticəsində 9 əsgər həyatını itirib, 5-i isə yaralanıb.

Həyatını itirən əsgərlərin Somalidəki sülhməramlı qüvvələrin tərkibində Keniya Müdafiə Qüvvələrinə bağlı olduğu bildirilib. 

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.