“Təbii ki, biz tərəfdaşlarımızın danışıqlar prosesində fəal tərəf kimi qalmaq cəhdlərini başa düşürük. İsveç və ya Avstriya neytrallıq modelləri haqqında sözlər buradan çıxır".
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Telegram"da yazıb.
O bildirib ki, Ukrayna indi Rusiya Federasiyası ilə birbaşa müharibə vəziyyətindədir:
"Buna görə də, yalnız Ukrayna modeli mümkün ola bilər və bu, yalnız qanunla təsdiqlənmiş təhlükəsizlik zəmanətləri haqqında ola bilər. Başqa modellər və ya seçimlər yoxdur. Bu nə deməkdir? Birincisi, mütləq və effektiv olan təhlükəsizlik zəmanətləri. Bu protokol və ya "Budapeşt" deyil. Bu o deməkdir ki, zəmanəti imzalayan dövlətlər Ukraynaya hücum zamanı bu gün olduğu kimi kənarda dayanmır. Onlar münaqişədə Ukrayna tərəfdən fəal iştirak edir və rəsmi şəkildə bizi lazımi həcmdə silah-sursatla təmin edirlər. İkincisi, Ukrayna artıq səmanı qanadlı raketlərdən bağlamağa icazə verən və ya verməyən bürokratik prosedurlardan asılı olmaq istəmir. Səmanın mütləq bağlanacağına dair birbaşa və qətiyyətli təminatlara ehtiyacımız var. Əlavə edim ki, Ukrayna qonşulardan fərqli olaraq heç vaxt onlara hücum edən və ya hücum etməyi planlaşdıran militarist dövlət olmayıb. Buna görə də bu gün Ukrayna aydın şəkildə müəyyən edilmiş təhlükəsizlik zəmanətləri ilə həqiqətən güclü müttəfiqlərdən ibarət əhatəyə sahib olmaq istəyir", - Podolyak qeyd edib.