Meksikanın Keretaro şəhərində yük maşınında olan silahlı şəxslər bara yaxınlaşaraq atəş açıblar. 

"Unikal" xəbər verir ki, əhərin ictimai təhlükəsizlik departamentinin rəhbəri Xuan Luis Ferrusçinin sözlərinə görə, Los Kantaritos barına edilən hücumda ən azı 10 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hücum edən 4 nəfərdən biri saxlanılıb. Hücumda istifadə edilən avtomobil tərk edilmiş və yandırılmış vəziyyətdə tapılıb. Polis araşdırma aparır.

Qeyd edək ki, Keretaro illərdir Meksikanın ən təhlükəsiz şəhərlərindən biri hesab olunurdu.