ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə zəng edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Washington Post qəzetində xəbər yayılıb.
Bildirilir ki, Tramp noyabrın 7-də Putinlə telefon əlaqəsi saxlayıb.
Telefon danışığı zamanı Tramp və Putin Ukraynadakı müharibənin mümkün dayandırılması məsələsini müzakirə ediblər.
Qəzetin məlumatına görə, Tramp və Putin Avropada sülhün təmin olunması imkanlarını araşdırıblar və Tramp, Ukrayna münaqişəsinin tezliklə həll olunmasını müzakirə etmək üçün növbəti danışıqlara maraqlı olduğunu ifadə edib.
Məlumatda həmçinin vurğulanır ki, Ukrayna hökumətinə Tramp-Putin telefon danışığı barədə xəbər verilib və Kiyev buna etiraz etməyib.