Azərbaycanda vençur fondlarının yaradılması üçün qanun layihəsi hazırlanır.
"Unikal" xəbər verir ki, xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, bu prosesə "ASAN xidmət", İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri cəlb olunub.
KOBİA sədri qeyd edib ki, qanun layihəsinin bu il qəbul edilməsi gözlənilir.
"Bu qanunun qəbul olunması həm startap hərəkatının inkişaf etdirilməsində, həm də vençur fondlarının yaradılmasında çox vacibdir. Bəzən yerli startaplar öz layihələrini son nöqtəyə çatdıra bilmirlər. Yəni investorların tapılmasında, layihələrin maliyyələşdirilməsində böyük çətinliklərlə üzləşirlər. Bəzən, investorlar tərəfindən bu layihələrə inam da az olur. Ona görə də bu qanunun qəbul edilməsi çox vacibdir".