Bu gün Konfrans Liqasında növbəti püşkatma mərasimi baş tutub.
"Unikal" xəbər verir ki, qitənin üçüncü dərəcəli klub turnirinin 1/4, 1/2 və final mərhələlərinin püşkü atılıb.
Mərasim İsveçrənin Nyon şəhərində təşkil olunub. Kubok yolunu davam etdirən 8 komanda dörd cütlüyü müəyyənləşdirib. Həmçinin yarımfinalın mümkün cütləri və finalın nominal meydan sahibi bəlli olub.
Qeyd edək ki, 1/4 final matçları aprelin 7-də və 14-də, yarımfinal aprelin 28-də və mayın 5-də, Albaniyanın paytaxtı Tiranada baş tutacaq final mayın 25-də keçiriləcək.
Konfrans Liqası
1/4 final
1. “Bodo Qlimt” (Norveç) - “Roma” (İtaliya)
2. “Feyenoord” (Niderland) - “Slaviya” (Çexiya)
3. “Marsel” (Fransa) - PAOK (Yunanıstan)
4. “Lester” (İngiltərə) - PSV (Niderland)
1/2 final
5. 4-cü cütün qalibi – 1-ci cütün qalibi
6. 2-ci cütün qalibi – 3-cü cütün qalibi
Final
7. 5-ci cütün qalibi – 6-cı cütün qalibi