Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, "Neftçi" klubu "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib.

Görüş "Neftçi" komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra xallarını 37-yə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib, 33 xalı olan "Qəbələ" isə 4-cü sırada qərarlaşıb.

Qeyd edək ki, günün ilk oyununda "Keşlə" evdə "Sumqayıt"la heç-heçə edib. Tura martın 19-da keçiriləcək "Sabah" - "Səbail" və "Zirə" - "Qarabağ" görüşləri ilə yekun vurulacaq.