Azərbaycan millisi Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında ikinci medalını rəsmiləşdirib.

"Unikal" xəbər verir ki, komandamızın aktivinə növbəti bürünc mükafatı Nəbi İsgəndərov (67 kq) əlavə edib.

O, yarımfinalda uduzduğundan Avropa çempionatını 3-cü yerdə başa vurub.

Qeyd edək ki, İsgəndərovdan öncə Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) finala yüksəlib. Cəlal Qurbanov (63,5 kq) isə yarışı bürünc medalla bitirib.

xxx

23:13

Azərbaycan yığması Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında ilk medalını rəsmiləşdirib.

"Unikal" xəbər verir ki, millimizin heyətində Cəlal Qurbanov (63,5 kq) yarışı üçüncü pillədə başa vurub.

O, yarımfinalda məğlub olaraq bürünc medala yiyələnib.

Qeyd edək ki, Qurbanovdan öncə Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) finala yüksəlib. Nəbi İsgəndərov (67 kq) isə yarımfinal döyüşünə çıxacaq.