Martın 21-də Kiyevdə gücləndirilmiş komendant saatı tətbiq ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.
O bildirib ki, komendant saatı bu gün saat 20:00-dan başlayacaq və 23 mart saat 07:00-a kimi davam edəcək.
V.Kliçko komendant saatı müddətində mağazalar, apteklər, yanacaqdoldurma məntəqələri və digər obyektlərin işləməyəcəyini qeyd edib.