Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

"Unikal" xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən "Araz-Naxçıvan" da mərhələnin cavab matçına çıxacaq.

Elmar Baxşıyevin komandası Kiprdə "Omoniya"nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bakıda keçirilən ilk görüşdə rəqibinə 4 cavabsız qolla uduzan "Araz-Naxçıvan"ı səfərdə də çətin oyun gözləyir.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində Avroliqanın PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə görüşəcək.

14 avqust

UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları

21:00.“Omoniya” (Kipr) - "Araz-Naxçıvan" (Azərbaycan)

İlk oyun - 4:0
Baş hakim: Yakob Kehlet (Danimarka)
Nikosiya. GSP stadionu