UEFA Superkubokunun qalibi bəlli olub.

"Unikal" xəbər verir ki, titulun sahibi Fransanın PSJ və İngiltərənin "Tottenhem" komandaları arasında keçirilən oyundan sonra müəyyənləşib.

İtaliyanın Udine şəhərində yerləşən "Friuli" stadionunda təşkil olunan matçın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn PSJ Superkubokun qalibi adını qazanıb.

Matçı portuqaliyalı baş hakim Joau Pineyru idarə edib. Görüşün dördüncü hakimi isə azərbaycanlı FIFA referisi Elçin Məsiyev olub.

Qeyd edək ki, PSJ ötən mövsüm Çempionlar Liqasını, "Tottenhem" isə Avropa Liqasını qazanmışdı.