Türkiyənin "Göztepe" klubunun prezidenti Mehmet Sepil vəzifəsindən ayrılıb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə 67 yaşlı funksionerin özü açıqlama verib. Onun hansı səbəbdən istefa verdiyi açıqlanmayıb.
Bildirək ki, Mehmet Sepil 2014-cü ildən "Göztepe"yə rəhbərlik edirdi.