DÇ-2022-nin pley-offunda Türkiyə ilə qarşılaşacaq Portuqaliya millisi itki ilə üzləşib.
"Unikal" xəbər verir ki, “Porto”nun müdafiəçisi Pepe bu matçı buraxacaq.
Buna təcrübəli futbolçunun koronavirusa yoluxması səbəb olub. O, martın 24-dəki görüşdə iştirak edə bilməyəcək.
Pepenin əvəzinə yığmaya “Lill”in müdafiəçisi Tyaqo Calo çağırılıb. Həmçinin “Lion”un qapıçısı Antoni Ledeşi “Vulverhempton”dan Joze Sa əvəzləyib.