"Barselona" "Tottenhem"də çıxış edən Serxio Regilonu heyətinə qatmaq istəyir.

"Unikal" "Sport.es"ə istindən xəbər verir ki, Kataloniya klubu 25 yaşlı ispan müdafiəçi ilə yaxından maraqlanır. La Liqa təmsilçisi adıçəkilən futbolçunu Jordi Albanın əvəzləyicisi kimi düşünür. Onun  "mahmızlar"la sözləşməsi 2025-ci ildə başa çatır.

Qeyd edək ki, Regilon "kral klubu"nun yetirməsidir.