Yoldaşlıq oyunları keçirmək üçün Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

"Unikal" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 90+3-cü dəqiqədə penaltidən fərqlənən rəqib komanda 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, komandalar arasında növbəti oyun martın 24-də keçiriləcək.