Böyük Britaniya hökuməti “Çelsi”yə qoyulan sanksiyaya dəyişiklik edib.
"Unikal" xəbər verir ki, London klubunun sahibi Roman Abramoviçə 30 milyon funt sterlinqə qədər xərcləməyə icazə verilib.
Bu, komandanın fəaliyyətini təmin etmək üçün zəruri hesab olunan vəsaitdir. Klubun təsisçisi Abramoviçə məxsus “Fordstam Ltd” şirkətidir.
Qeyd edək ki, “Çelsi”yə qarşı sərt sanksiyalar martın 10-da qoyulub.