19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

"Unikal" xəbər verir ki, yığmamız Sloveniyada təşkil olunan hazırlıq çərçivəsində ikinci matçına çıxıb.

Millimiz sloveniyalı yaşıdları ilə qarşılaşıb. Komandamız 1:2 hesabı ilə məğlub olub. 

Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş görüş 1:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.