"İstədiyimiz oyunu nümayiş etdirə bilmədik. Futbolçulardan bu cür oyun gözləmirdim. Oyunumuzdan narazı qaldım".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.
Baş məşqçi bildirib ki, rəqib bizdən yaxşı oynadı və topa nəzarət edən tərəf oldu:
"İkinci hissənin əvvəlində fərqlənə bilərdik, amma rəqib bunu bacardı. Çoxlu qollar buraxmağımız məni narahat edir. Onlar əllərindən gələni etməlidilər ki, yaxşı nəticələr qazana bilək. Dünən demişdim ki, taktiki baxımdan dəyişikliklər ola bilər. İndi edə bilməsək, nə vaxt edəcəyik? Çox narazıyam. Hər şey istədiyimiz kimi alınmadı. Bəzi oyunçulardan daha çox şey gözləyirəm. Çoxlu fərdi səhvlərə yol veririk. Bu da məni narahat edir. Malta təxminən bizimlə eyni səviyyədədir. Belə oyunlar bizim üçün yaxşı dərs olmalıdır. Yaxşı nəticələr qazanmaq üçün daha istəkli olmalıyıq".
Qeyd edək ki, Azərbaycan yığması yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub.