Çempion ürək tutmasından dünyasını dəyişib.
"Unikal"-ın məlumatına görə, əslən Qax rayonundan olan 1993-cü il təvəllüdlü Dəmirçi Nurlan Nurullah oğlu martın 23 -də Qazaxıstanın Komenqorsk şəhərində ürək tutmasından dünyasını dəyişib. 1997-ci ildən Qazaxıstanda yaşayan N. Dəmirçi idmanın boks, kiqboks, qaydasız döyüş və K- 1 idman növləriylə məşgul olub. O boks və kiqboks üzrə dəfələrlə Qazaxıstan çempionu olub.
N. Dəmirçi idman ustalığına namizəd idi. İdmançı doğuldugu Qax rayonuna gətirilərək dəfn olunacaq.