İngiltərə millisinin məğlubiyyətsiz oyunlar seriyası davam edir.
"Unikal" xəbər verir ki, Qaret Sautqeytin komandası ötən gecə yoldaşlıq oyununda İsveçrəyə 2:1 hesabı ilə qalib gəlib.
Bu, britaniyalıların penaltilər seriyası istisna olmaqla uduzmadığı 21-ci matçdır. İngiltərə millisi ilk dəfədir belə göstəriciyə imza atır.
Sonuncu dəfə 2020-ci ilin noyabrında Millətlər Liqasında Belçika uduzan (0:2) komanda o vaxtdan indiyədək 17 oyunda qalib gəlib, 4 dəfə heç-heçə edib.