Kataloniya "Barselona"sı yay transfer pəncərəsində maliyyə feyr-pley təhlükəsi ilə üzləşib və xərcləri azaltmaq üçün imkanlar axtarmağa başlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, rəhbərlik klub liderləri Serxio Busquets, Gerard Pique və Jordi Alba ilə mümkün maaş kəsilməsini müzakirə edəcək. Bonus ödənişləri də daxil olmaqla, gələn mövsüm oyunçulara xərclənmə 100 milyon avroya çata bilər.
Martın 27- də "Bavariya"nın polşalı hücumçusu Robert Levandovskinin "Barselona"ya keçidinə ilkin razılıq verdiyi bildirilir. Kataloniya rəhbərliyi hücumçuya 4 illik müqavilə təklif etməyə hazırdır.
Ağarza Elçinoğlu