Azərbaycan güləşçisi Əşrəf Aşırov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.
"Unikal" xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Arman Avaqyanla üz-üzə gəlib.
Rəqibinə 111 saniyəyə (1 dəqiqə, 51 saniyə) qalib gələn Aşırov yarımfinala yüksəlib.