Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala yüksəlib.
"Unikal" xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev yarımfinalda moldovalı Maksim Sakultanla üz-üzə gəlib.
Rəqibini 12:2 hesabı ilə məğlub edən 3 qat Avropa və 3 qat dünya çempionu qızıl medal uğrunda qarşılaşmada macarıstanlı İsmail Musukayevi sınağa çəkəcək.