İtaliyanın "Cenoa" klubunun futbolçusu Manolo Portanova həbs edilib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı hücumçu gənc qıza cinsi təcavüzdə ittiham olunur. Hadisə 2021-ci il mayın 30-da Siena şəhərinin mərkəzindəki mənzildə baş verib.
Onunla yanaşı, daha iki nəfər iyunun 7-də məhkəmə qarşısına çıxacaq.
Daha əvvəl Portanova və digər iki şəxs ev dustaqlığına buraxılsa da, 10 aylıq araşdırmadan sonra prokuror vəzifəsini icra edən Nikola Marini şübhəlilərin həbsi barədə göstəriş verib.
Qeyd edək ki, Manolo Portanova İtaliyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvüdür.