"Barselona" yeni mövsüm üçün transferlərə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Kataloniya klubunun prezidenti Joan Laporta məlumat verib. O bildirib ki, iki yeni futbolçu ilə müqavilə imzalayıblar: "Onlardan biri yarımmüdafiəçi, digəri isə mərkəz müdafiəçisir. Ancaq həmin futbolçuların adlarını açıqlaya bilmərəm".
Bildirilib ki, "Barselona"nın transfer etdiyi oyunçular “Milan”ın yarımmüdafiəçisi Frank Kessye və “Çelsi”nin müdafiəçisi Andreas Kristensendir. Hər iki futbolçunun klubları ilə müqaviləsi yayda başa çatacağı üçün onlar Kataloniya təmsilçisinə azad agent kimi keçəcəklər.
Qeyd edək ki, mətbuatda "Barselona"nın yeni futbolçular almaq istədiyi üçün klubun rəhbər heyətinin maaşlarını azaldacağı bildirilib.