Gəncədə intihara cəhd olub.
"Unikal"-ın məlumatına görə, hadisə Abbas Səhhət adına şəhər xəstəxanasında baş verib. Belə ki, xəstəxananın II Terapiya şöbəsində tibb bacısı işləyən 2001-ci il təvəllüdlü G.Mahmudova özünü işlədiyi xəstəxanın 3-cü mərtəbəsindən atıb. Ağır bədən xəsarətləri alan 21 yaşlı gənc xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Əldə etdiymiz məlumata görə, nişanlı olan G. Mahmudovanın aprelin 15-də toyu olacaqdı. Ailə həyatı qurmaq istəməyən 21 yaşlı tibb bacısı telefonda anası ilə mübahisə etdikdən sonra bu addımı atıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov