Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
"Unikal" xəbər verir ki, 65 kq-da çıxış edən idmançı finalda macarıstanlı İsmail Musukayevlə qarşılaşıb.
3 qat dünya və 3 qat Avropa çempionu görüşə yaxşı başlasa da, sonradan üstünlüyü tamamilə rəqibə verib. Qarşılaşmanın başa çatmasına 1 dəqiqə 20 saniyə qalmış fənd tətbiq edərkən kobudluğa yol verən Əliyev xəbərdarlıq alıb.
Sona 33 saniyə qalarkən, Azərbaycan təmsilçisi badalaq atmaq istəyərkən, özü əks fəndlə arxası üstə düşüb. Nəticədə 1:12 hesabı ilə uduzan titullu güləşçi ikinci yeri tutub.