İspaniyanın “Barselona” klubu “Bayern Münhen” klubunun türk oyunçusunu almaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə “Marca” yazır.
Bildirilir ki, katalonlar Bavariya klubunun gənc oyunçusu Kenan Yıldızı almağa çox yaxındırlar.
16 yaşlı Kenan Yıldızın “Bayern”lə müqaviləsi bu yay bitir və o, azad agent statusu alacaq.
“Sky Sports”un məlumatına görə, Yıldız ilkin olaraq “Barselona”nın B komandasında oynayacaq.
“Bayern”in cavan incisi hələ birinci komandada debüt etməyib”, - nəşr yazır.