Azərbaycanın sərbəst güləşçisi Turan Bayramovun Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
"Unikal" xəbər verir ki, 74 kq-da yer alan idmançı 3-cü yer uğrunda qarşılaşmada Rumıniya təmsilçisi Zurab Kaprayevlə üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən Bayramov Avropa üçüncülüyünü qazanıb.
Bu, Azərbaycan yığmasının yarışdakı ilk bürünc medalı olub.