Amerikanın avtomobil nəhəngləri Ford və General Motors (GM) ehtiyat hissələri çatışmazlığı səbəbindən Miçiqandakı zavodlarında istehsalı dayandıracaq.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters"in məlumatında deyilir.
Ford "Mustang"ı yığdığı "Flat Rock" zavodunda işləri dayandıracaq, GM isə "Cadillac CT4", "Cadillac CT5" və "Chevrolet Camaro"nu yığan "Lansing Grand River" montaj zavodunda müvəqqəti hissələrin çatışmazlığı səbəbindən gələn həftə istehsalı dayandıracağını bildirib.
Qeyd edək ki, bundan əvvəl ən böyük avtomobil hissələri tədarükçüsü "Aptiv" Şanxayda istehsalı dayandırmışdı.
Ağarza Elçinoğlu