Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinın III mərhələsinin yarımfinalında ilk tay-breyk görüşünü keçirib.
"Unikal" xəbər verir ki, 37 yaşlı qrossmeyster ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 41-ci gedişdə məğlub olub. Azərbaycan təmsilçisi ikinci qarşılaşmada qələbə qazana bilməsə, turnirdə mübarizəni dayandıracaq.