Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
"Unikal" xəbər verir ki, 55 kq-da mübarizə aparan idmanşı Ermənistan təmsilçisi Rudik Mkrtçyanla qarşılaşıb.
Rəqibinə tam üstünlüklə 7:3 hesabı ilə qalib gələn Əzizli finala vəsiqə qazanıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.
Qadın güləşçilərdən Elis Manolova (65 kq) isə finalda Tatyana Rıjko ilə qüvvəsini sınayacaq.
Yarış aprelin 3-də başa çatacaq.