Ukraynanın Zaporojye vilayətində əsirlərin mübadiləsi aparılıb.
“Unikal” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbər müavini Kirilo Timoşenko bildirib.
Onun sözlərinə görə, 15-i qadın olmaqla, 86 Ukrayna hərbçisi əsirlikdən azad edilib. Timoşenko həmçinin qeyd edib ki, azad edilmiş hərbçilər artıq təhlükəsiz yerdədirlər və hazırda onların həyatına heç bir təhlükə yoxdur.
Əsirlərin dəyişdirilməsinin təfərrüatları açıqlanmır.