Bolqarıstan Rusiyanın Sofiyadakı səfirliyinin birinci katibini persona non-qrata (arzuolunmaz şəxs) elan edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə səfirin müşaviri Filip Voskresenski məlumat verib.
“Cümə günü axşam məni Bolqarıstan Xarici İşlər Nazirliyinə çağırdılar. Diplomatik missiyamızın birinci katibinin persona-non-qrata elan edilməsi barədə nota aldım. Diplomata ölkəni tərk etmək üçün 72 saat vaxt verilib”, - deyə bildirib.